Argentinanın yeni hökuməti respublikada kitabların vahid qiymətini ləğv etmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu, respublika parlamentinə təqdim edilmiş islahat qanun layihəsindən irəli gəlir.
“Argentinalıların azadlığının əsasları və başlanğıc nöqtələri haqqında” qanun layihəsinin üçüncü bölməsinin birinci fəslinin 60-cı maddəsində deyilir: “Əhali üçün kitabların vahid qiyməti haqqında 25.542 saylı Qanunu ləğv edin”.
Argentina mətbuatı bildirir ki, ləğv edilməsi planlaşdırılan qanun çap və rəqəmsal məhsulların naşirlərini və idxalçılarını bütün ölkə daxilində kitablar üçün vahid pərakəndə satış qiyməti təyin etməyə məcbur edir. Belə ki, alıcılar üçün eyni nəşrin, o cümlədən elektron nəşrin son qiyməti respublikanın bütün kitab mağazalarında olduğu kimi qalıb.
Vəli Həsənov,
KONKRET.az