Armen Sarkisyan “Əl-Əhram”a verdiyi müsahibədə Ermənistanın aciz olduğunu etiraf etdibackend

Armen Sarkisyan "Əl-Əhram"a verdiyi müsahibədə Ermənistanın aciz olduğunu etiraf etdi

Ermənistan Prezidenti Armen Sarkisyan Misirin “Əl-Əhram” həftəlik nəşrinə verdiyi müsahibədə bir sıra suallardan yayınıb.

KONKRET.az xəbər verir ki, jurnalistin Rusiydan başqa hansı ölkənin Ermənistanı dəstəkləməsi barədə sualına konkret cavab verməyib. O, sualın cavabında Rusiya ilə Ermənistan arasında əlaqələrindən geninə-boluna danışıb. Sonra Fransa prezidenti Makrona Ermənistana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. ABŞ-ın adını könülsüz çəkən Armen Sarkisyan bildirib ki, bu ölkənin başı seçkilərə qarışdığından münaqişənin həllində yaxından iştirak edə bilmir.

Ermənistan prezidenti dünya birliyini Dağlıq Qarabağda gedən əməliyyatlara biganə qaldığından şikayətlənib və bu ölkəni dəstəkləyən digər ölkələrin adlarını çəkə bilməyib. Müsahibə boyu o, həyasızcasına Azərbaycanı və Türkiyəni ittiham edib.

O, müsahibəsində erməni diasporunu daha çox ianələrlə kömək etdiyinə görə məmnunluqla xatırlayıb.

F.Tahiroğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*