backend

Arşakyan: "Siz demək istəyirsiniz ki, Şuşa Ermənistan ərazisidir?"

“Siz demək istəyirsiniz ki, Şuşa Ermənistanın ərazisidir?”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan mayın 24-də jurnalistlərlə söhbətində deyib.

“Sülh müqaviləsi iki məsələni həll etməlidir – Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, bir-birinə qarşı ərazi iddialarının olmaması və Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları.

Ermənistan belə bir mövqedədir ki, bizim Azərbaycana heç bir ərazi tələbimiz yoxdur.

Siz jurnalistlərin Azərbaycana qarşı ərazi iddiaları var? Siz demək istəyirsiniz ki, Şuşa Ermənistanın ərazisidir?

Dövlət sərhədlərini və dövlətlərimizə məxsus əraziləri dəqiqləşdirmək lazımdır”, – deyə Arşakyan bildirib.

Parlamentin vitse-spikeri regionda yeni müharibənin mümkün olub-olmaması ilə bağlı suala cavab verib.

“Müharibə mümkündür və sülh müqaviləsi imzalanmaya bilər, çünki bizim regionda bu sahədə bütün xətlər çox incədir”, – o deyib.

Arşakyanın fikrincə, hakimiyyətin mövqeyi (Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı) cəmiyyət tərəfindən qəbul edilir.

“Ermənistanda bu məsələyə soyuq başla, emosiyalar olmadan baxmaq lazımdır. Biz təhlükəsizlik sistemindən danışanda ərazi bütövlüyünün nə olduğunu aydınlaşdırmalıyıq. Yoxsa bu, sadəcə olaraq mümkün deyil”, – Arşakyan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*