“Arutyunyanın bəyanatından görünür ki, Bakı ilə dialoqa hazırdırlar” – Arşakyanbackend

"Arutyunyanın bəyanatından görünür ki, Bakı ilə dialoqa hazırdırlar" - Arşakyan

“Arayik Arutyunyanın bəyanatında Bakı ilə aydın dialoq mövqeyi var”. 

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Arşakyan Qarabağdakı separatçı rejimin başçısı Arayik Arutyunyanın “bəyanat”ına münasibət bildirib.

O qeyd edib ki , Arayikin Bakı ilə dialoqla bağlı bəyanatında aydın mövqe var .

“Arayik Arutyunyanın bəyanatında aydın mövqe var ki, onlar Bakı ilə Qarabağ xalqının təhlükəsizliyi və hüquqlarına aid olan məsələlərdə danışmağa hazırdırlar və bu, çox vacib yanaşmadır. Bu belə olmalıdır, onlar Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi haqqında danışmalıdırlar”, – deyə Arşakyan qeyd edib.

Xatırladaq ki, Qarabağdakı qondarma qurumun başçısı Arayik Arutyunyan “bəyanat” yayaraq , Qarabağ ermənilərini ruhdan düşməməyə və fikir ayrılıqlarını bir kənara qoyub eyni məqsədə xidmət etməyə çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*