Ankaranın Etimesgut rayonunda M.D adlı kişi həyat yoldaşı ilə mübahisə etdikdən sonra 3 yaşlı qızını bıçaqla girov götürüb.
KONKRET.az xəbər verir k, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, kişi övladını bıçaqla girov götürərək evinin pəncərəsindən atacağını bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Xüsusi təyinatlılar M.D-ni güllələyərək zərərsizləşdirib və uşaq xilas edilib. Müdaxilə zamanı polis köməkçi iti yaralanıb.
