Neft anbarına dron hücumu nəticəsində güclü yanğın olubbackend

Neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərindəki neft anbarında güclü yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə diyarın təcili yardım qərargahı məlumat yayıb.

Ust-Labinskdəki neft anbarına PUA hücumu nəticəsində baş verən yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən 54 texnika cəlb olunub.

Məlumata görə, neft anbarında yanğın təxminən 5000 kvadratmetr sahəni əhatə edir.

Hücum nəticəsində ölüm faktı qeydə alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*