NATO ölkələri Ukraynaya 70 milyard avro məbləğində yeni hərbi yardım ayırmağı nəzərdən keçirirlər və bu yardımın gələn ay Ankarada keçiriləcək alyansın sammiti zamanı elan edilməsi planlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə dörd NATO diplomatı “Politico”ya məlumat verib.
Onların sözlərinə görə, Almaniya tərəfindən ötən ay yayılan təklif Ukraynanın maliyyələşdirilməsində şəffaflığı artırmaq üçün yeni bir mexanizmi əhatə edəcək. Bu, bəzi ölkələrin Kiyevi dəstəkləmək üçün qeyri-mütənasib dərəcədə böyük xərclər çəkdiklərinə dair şikayətləri fonunda baş verir.
