Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kyandık Bişimbayev 24 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Andlılar məhkəməsi onu nikahsız arvadına işgəncə verməkdə və öldürməkdə təqsirli bilib.
Hakim Ayjan Kulbaeva bildirib ki, məhkəmə həmçinin keçmiş nazirin qohumu Baxıtjan Bayjanovu cinayəti gizlətdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edib.
Bişimbayevin məhkəməsi 2024-cü ilin aprelində Astana şəhərində başlamışdı.
Xatirə SADİQ,
KONKRET.az