Arxeoloqlar keşişin mumiyasını tapdı – FOTObackend

Arxeoloqlar keşişin mumiyasını tapdı - FOTO

Arxeoloqların qədim Roma şəhəri Pompeydə apardığı təhqiqat zamanı mumiyalanmış insan qalıqları aşkarlanıb.

KONKRET.az “Mir 24”ə istinadən xəbər verir ki, mumiyalanmış insan qalıqları Pompey şəhəri mərkəzinin kənarında yerləşən məqbərədə tapılıb.

Aparılan müayinələr göstərib ki, məqbərə Vezuvi vulkanının püskürməsindən əvvəl, bizim eranın 79-cu ilində inşa edilib.

Mərhumun kimliyi məzar üzərindəki yazılar sayəsində müəyyən edilib.

Belə ki, cəsəd Mark Veneriy Sekundio adlı şəxsə məxsusdur. O, təxminən 60 il ömür sürüb.

V.Sekundio ömrünün müəyyən bir dövrünü qul kimi keçirib, ancaq azadlıq əldə edəndən sonra varlı və nüfuzlu keşişə çevrilib.

Bu məlumatdan sonra alimlər ilk dəfə olaraq Yunan dini ayinlərinin Pompeydə də həyata keçirldiyini sübuta yetirib.

Cəsəd əlavə araşdırmalar üçün laboratoriyaya təhvil verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*