Xəbər verdiyimiz kimi, Çeçenistan rəhbəri Ramzan Kadırovun atı oğurlanıb.
KONKRET.az xəbər verir ki, Ramzan Kadırovun sözlərinə görə, Çexiyada oğurlanan Zazu adlı atın dəyəri “ən azı 10 milyon dollardır”.
“Sizdən xahiş edirəm, mənim atımın dəyərini aşağı salmayın. Media onun dəyərini 18.000 dollar elan edib. Şübhəsiz ki, bu süni aşağı qiymət onun saxlanması və baxılmasına cavabdeh olan bir növ maliyyə fırıldaqları ilə əlaqədardır. Təmiz cins Zazunun dəyəri ən azı 10 milyon dollardır”, – deyə Kadırov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
