“Avia.pro” NƏŞRİ: “Dünyanın ən güclü RLS-si məhv edildi”backend

“Avia.pro” NƏŞRİ: "Dünyanın ən güclü RLS-si məhv edildi"

Azərbaycan PUA-sı dünyanın ən yüksək effektivli radiolokasiya stansiyalarından birini məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Avia.pro” saytı məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, Azərbaycanın “Bayraqdar TB2” PUA-sı isə “görünməyən” təyyarələri belə aşkarlaya biləcək P-18 radiolokasiya stansiyasını məhv edə bilib.

P-18 RLS on kilometrdən bir neçə yüz kilometrədək məsafədə uçuş aparatlarının istənilən tipini aşkar edə bilən ən etibarlı stansiyalardan biri sayılır.

“RLS-in hansı istiqamətdə məhv edildiyi məlum deyil, amma hazırkı duruma əsasən əminliklə demək olar ki, Ermənistan və “dqr” hava məkanına nəzarət etmək imkanından məhrum olub”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*