Şəkidə küçə iti 4 yaşlı qızı dişləyibbackend

Şəkidə küçə iti 4 yaşlı qızı dişləyib  

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalaraq xəsarət alıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki şəhərinin Sabit Rəhman küçəsində baş verib.

Belə ki, sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəyə hücum edərək onun bud nahiyəsindən xəsarət yetirib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Sevil Babazadəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*