Zelenskidən Putinə SƏRT XƏBƏRDARLIQ: “Krım körpüsü salamat qalmayacaq”backend

Zelenskidən Putinə SƏRT XƏBƏRDARLIQ: “Krım körpüsü salamat qalmayacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə Krım körpüsü ilə bağlı sərt xəbərdarlıq edib. O bildirib ki, Rusiya Krım körpüsünün mövcudluğunu qoruyub saxlaya bilməyəcəyini anlamalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.

Zelenski Ukraynanın Krım körpüsünə endirdiyi zərbələrin qanuni olduğunu bildirib. Onun sözlərinə görə, Krım 2014-cü ildə Rusiya tərəfindən işğal edildiyindən Ukraynanın bu ərazidə yerləşən obyektlərə hücum etmək hüququ var.

“Onlar bizim bir neçə obyektimizə hücum etdilər və təbii ki, biz buna cavab verməli idik. Biz də Krım körpüsünə zərbə endirməklə cavab verdik”, – deyə Ukrayna lideri vurğulayıb.

Prezident qeyd edib ki, Rusiya Krımı işğal etdikdən sonra Ukrayna ərazilərini özününküləşdirmək məqsədilə konstitusiyasına və daxili qanunvericiliyinə dəyişikliklər edib. Lakin onun sözlərinə görə, bu addımlar beynəlxalq səviyyədə tanınmayıb.

“Dünyada heç kim bunu dəstəkləməyib. Heç kim həmin torpaqları Rusiya ərazisinin bir hissəsi kimi tanıya bilməz. Bunlar müvəqqəti işğal olunmuş ərazilərdir”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Krım körpüsünə hücumların davam etdirilə biləcəyinə də işarə edib. O, Moskvanın Krım üzərində nəzarətini qoruyub saxlamasının mümkün olmadığını vurğulayıb.

“Putin başa düşməlidir ki, bu körpü salamat qalmayacaq”, – deyə Zelenski xəbərdarlıq edib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*