Avropa İttifaqı (Aİ) liderlərinin Çinə sərt mesajlar verəcəyi gözlənilir.
KONKRET.az xəbər verir ki, Pekinin bir sıra iqtisadi problemləri həll etmək üçün vaxtı tükənir. Çinlə ilk zirvə görüşündə Aİ rəsmiləri məlumat axınından tutmuş bazara çıxışa qədər uzunmüddətli məsələlərdə nəzərəçarpacaq irəliləyiş əldə etməyə çalışacaqlar.
Aİ həmçinin Moskvanın sanksiyalardan yayınma imkanlarını məhdudlaşdırmaq üçün daha çox səy göstərməyi xahiş edəcək. Amma ekspertlər hesab edirlər ki, konkret nəticə gözlənilmir.
Bu arada Pekinin Çin istehsalı olan elektrik avtomobilləri və iqtisadi təhlükəsizlik strategiyası ilə bağlı anti-subsidiya araşdırması ilə bağlı narahatlıqları artır.
Aİ-nin Çinlə ticarət kəsiri keçən il 400 milyard dollardan çox artıb və blok Pekinə tərəfdaş, rəqib kimi baxan strateji yanaşmasını davam etdirməyə çalışır. Aİ rəhbərliyi Çin liderlərini riskin azaldılmasına inandırmağa çalışacaq. Pekin bu yaxınlarda təhlükəsizlik baxımından qalium, germanium və digər strateji məhsulların ixracını məhdudlaşdırıb. Aİ-ni də narahat edən amillərdən biri də budur.
Vəli Həsənov,
KONKRET.az
