Bu addım Avropadakı fermerlərin etirazları və Avropa Parlamentinə qarşıdan gələn seçkilərlə bağlıdır.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, avropalı siyasətçilər seçkilərə qədər birliyin genişləndirilməsi məsələsini gündəmə gətirmək istəmirlər. Onlar subsidiyaların mümkün azaldılması və Ukrayna mallarının rüsumsuz idxalı ilə bağlı fermerlər arasında narazılığın yaranacağından qorxurlar.
Bundan başqa, Ukraynanın Avropa İttifaqına daxil olması mühüm islahatlar tələb edir. Bu isə müharibə şəraitində olan Ukrayna daxilində siyasi gərginliyə səbəb ola bilər.
Xatirə SADİQ,
KONKRET.az
