Norveç, İsveç və Finlandiyanın Hərbi Hava Qüvvələri mayın 29-dan iyunun 9-dək Avropada hərbi təlimlər keçirəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, “Arctic Challenge” 2023 təliminə Finlandiya HHQ rəhbərlik edəcək.
Məlumata görə, təlimlərdə 14 ölkənin silahlı qüvvələrinin 3 minə yaxın hərbi qulluqçusu və 150 döyüş təyyarəsi iştirak edəcək.
Belə ki, təlimlərdə Finlandiya, Norveç və İsveçlə yanaşı, Niderland, Belçika, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya, İsveçrə, Danimarka, Çexiya və ABŞ nümayəndələri də iştirak edəcək.
Tədbirlər əsasən Finlandiya, Norveç və İsveçin şimal bölgələrində həyata keçiriləcək.
İqbal Rzayev,
KONKRET.az
