Avropaya ölümcül xəstəliklər daşıyan “canavar” həşəratlarbackend

Avropaya ölümcül xəstəliklər daşıyan “canavar” həşəratlar

Avropaya ölümcül xəstəlikləri ötürən “canavar” həşəratlarla doludur.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, iri və aqressiv “Hyalomma lusitanicum” böcəkləri əvvəlcə Afrika və Cənub-Şərqi Asiyanın tropik iqlimlərində yaşayıb. Ancaq bir neçə onilliklər əvvəl bu həşşəratlar Avropaya çatıb və qitədə fəal şəkildə yayılıb.

Britaniyanın “The Sun” qəzetinin yazdığına görə, qansoran parazitlər Hyalomma lusitanicum adi ev milçəklərindən dörd dəfə böyükdür və Krım-Konqo virusu hemorragik qızdırmasının əsas daşıyıcısıdır. Belə həşəratların yaydığı xəstəliklər 10-40% ölüm halı ilə nəticələnir. İnsanlarda və heyvanlarda bu kəskin yoluxucu xəstəliyə qarşı peyvənd yoxdur.

“Hyalomma lusitanicum” xüsusilə İspaniya və İtaliyanın cənubunda yayılıb. Bəzi məlumatlara görə, onlar artıq Böyük Britaniya, Portuqaliya, Malta, Almaniya və hətta İsveçdə tapılıb və yaxın gələcəkdə araknidlər Polşaya çatacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*