Texas ştatının Rozenberq şəhərində avtomobil “Denny’s” fast food restoranına çırpılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil restoranın içərisində çoxsaylı dağıntılara səbəb olub.
Məlumata görə, qəzada azı 23 nəfər yaralanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkənlər xəstəxanalara çatdırılıb.
Sürücünün xəsarət almadığı qeyd edilir.
Polis hadisənin səbəblərini araşdırır.
İqbal Rzayev,
KONKRET.az
