AZAL 1,8 mln. manatlıq üç helikopterini HƏRRACA ÇIXARACAQbackend

AZAL 1,8 mln. manatlıq üç helikopterini HƏRRACA ÇIXARACAQ

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan üç Airbus helikopteri sentyabrın 1-i tarixində hərraca çıxarılacaq.

KONKRET.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən  verilən məlumata görə, hərracda çıxarılacaq helikopterlərin ikisi 2005-ci il istehsalı olan EC-155B1 markalı, biri isə 2009-cu il istehsalı olan EC-135P2 markalı helikopterlərdir. Hər üç helikopterin start qiyməti 1,8 mln. manat təşkil edir.

Hərracda iştirak etmək üçün sifariş verən (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəyən) şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*