Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.
KONKRET.az-ın xəbərinə görə, A.Şakiroğlu namizədliyini 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürüb və qeydə alınıb.
Hazırda həmin dairənin namizədlərindən biri VI çağırış Milli Məclisin deputatı Azay Quliyevdir. A.Şakiroğlu 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə də A.Quliyevə qarşı ciddi mübarizə aparıb. Partiya sədri bildirir ki, həmin vaxt onun qələbəsi mənimsənilib, hazırki seçkilərdə isə buna imkan verməyəcək. Görünür, bu dəfə də həmin dairə üzrə seçkilər diqqət mərkəzində olacaq.
Fotonu təqdim edirik: