“Azərbaycan” adı dəyişsin? – Deputat təklif etdi, digərləri qarşı çıxdıbackend

“Azərbaycan” adı dəyişsin? - Deputat təklif etdi, digərləri qarşı çıxdı

Azərbaycanın adının dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib.

Belə bir təkliflə növbəti dəfə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev çıxış edib. O, yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adının dəyişdirilməli olduğunu diqqətə çatdırıb. Onun fikrincə, dövlətimiz Şimali Azərbaycan adlanmalıdır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, dövlətimizin adının dəyişdirilməsinə ehtiyac görmür:

“Buna ehtiyac yoxdur. Azərbaycanın şimalı, cənubu da, elə Azərbaycandır. Ona görə də ad dəyişikliyinə ehtiyac görmürəm”.

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının fikrincə ad dəyişikliyi üçün şərait yetişməyib:

“Azərbaycan Konstitusiyasında dövlətimiz Azərbaycan Respublikası adlanır. Eyni zamanda, hazırda ad dəyişikliyi üçün zəruri tarixi şərtlər mövcud deyil”.

Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin fikrincə, yeni Konstitusiya dəyişikliklərində ilk nəzərdə tutulan məsələ Azərbaycan dövlətinin adının dyişdirilməsi olmalıdır. O bildirib ki, müstəqil Azərbaycan dövləti bütöv Azərbaycanın cəmi 20%-ni təşkil edirik. Bu səbəbdən deputata görə, Azərbaycan adına iddia etməyə haqqımız yoxdur:

“Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünüb”.

 

  • Araz
    Aprel 4, 2026 - 07:28

    Qüdrət bəy, bəs şimali Azərbaycan (Dərbənd), qərbi Azərbaycan(Zəngəzur, borçalı) bunların adı nə olacaq?

    • Yusif
      Aprel 5, 2026 - 16:44

      Araz bəy xeyir o torpaqlar artıq qaytarılması çox güman ki mümkünsüzdür ona görəki o torpaqlar artıq bizim deyil və o torpaqlar assimilyasiya olubdur.Amma cənubi Azərbaycanda 30 milyona yaxın xalq yaşayır və onlar assimilyasiya olmayıbdır o torpaqlar Azerbaycanın bu gün belə haqqıdır elə ölkələr var onun adı şimali və sayirdir məsəl üçün şimali makedoniya və sayir məncə elə dəyişsə daha yaxşı olar

  • Nebiyev
    Aprel 5, 2026 - 15:27

    deputatlar yiyib harınlayıb. qarınları böyüyüb ayaqlarını görmürlər, gözlərini piy basıb xalqı görmürlər o qədər şişiblərki adi maşına sığmıllar ona görədə hərsi bir nəhəng cıp alıb. a kişilər bəsdi torpağı üstsü və altını qamarlamağınız. gündə bir vergi icad eliiyib xalqı soymaqdansa imkan verin adamlar halal işləri ilə məşqul olub sakit yaşasınlar.

  • Ədalət
    Aprel 5, 2026 - 18:56

    Düzdür

  • GARACHANTA
    Aprel 5, 2026 - 21:55

    Qüdrət bəy o halda Cənubi Azərbaycanı və sərhədlərini göstərsin…Qaş düzəldərkən göz çıxarmaq buna deyirlər

  • Herbici
    Aprel 6, 2026 - 00:47

    En Gozel ad ele AZERBAYCANDIR

  • FAKHRADDIN
    Aprel 7, 2026 - 20:20

    Qüdrət bəy əgər İrandan torpaq qoparmaq məqsədi ilə bu təklifi irəli sürürsə, bilməlidir ki, nəinki İranın şimalı, İranın hər tərəfi Azərbaycandır. Oradakı azərbaycanlılar, yaşadığı torpağın bugünkü adından asılı olmayaraq, öz Azərbaycanını qorumaqla məşğul olmalıdırlar. Onları çaşdırmaq lazım deyil.

FAKHRADDIN üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*