“Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdırbackend

“Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Kahramanmaraşın “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır. Sakinlər 2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərin nəticələrini unutmağa çalışarkən, Azərbaycan hökumətinin dəstəyi ilə tikilmiş yeni yaşayış kompleksində pərakəndə satış məntəqələri açılır.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin 53 mindən çox sakininin ölümünə səbəb olan zəlzələlərin episentri olan şəhərdən reportajında “Akit” qəzeti məlumat yayıb.

Nəşrdə Azərbaycanın Türkiyədəki fəlakət zonasının bərpasına verdiyi töhfə vurğulanıb.

“Uzun fasilədən sonra küçələrdə mağazalar yenidən açılmağa başlayıb. Sakinlər məhəllədən çıxmadan gündəlik ehtiyaclarını ödəyirlər. Küçələr yenidən canlanır”, – deyə nəşr “Azərbaycan” məhəlləsində bazarlar açan sahibkarlar Nisanur Kaman və Duran Çetinkayaya istinadla yazır.

Bazar sahibləri məhəllədəki vəziyyətdən məmnun olduqlarını bildiriblər və müştərilərin sayında davamlı artım olduğunu qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*