Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.
KONKRET.az Oxu.Az-a istinadla xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Azərbaycan yığmasının qapısından Pavel Zabelin (59) və Nikita Demçenko (78) keçiriblər.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu – 0:3.