Azərbaycan Ordusunun daha 4 hərbi qulluqçusu minaya düşüb.
KONKRET.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, Azərbaycan ordusunun hərbi qulluqçuları Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə olunublar.
Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır, vəziyyətləri stabildir və həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
