Azərbaycan Premyer Liqası iki pillə irəlilədibackend

Azərbaycan Premyer Liqası iki pillə irəlilədi

Dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, ildə iki dəfə açıqlanan cədvəldə son siyahı ilə müqayisədə bəzi dəyişikliklər baş verib.

Azərbaycan Premyer Liqası hazırda dünyanın 55-ci çempionatıdır. Turnirin əmsalı 24,762-ə bərabərdir.

Premyer Liqamız ötən müddətdə 2 pillə irəliləyib. Azərbaycan çempionatı 4 liqanı – Qazaxıstan, Uruqvay, Çili və Slovakiyanı geridə qoyub. Əvəzində iki Afrika liqası – Əlcəzairlə Konqo DR Azərbaycan Premyer Liqasını da keçib.

Siyahıya əmsalı ən azı 16,300-ə bərabər 67 çempionat düşüb. İngiltərə (1373,938), İspaniya (909,514) və İtaliya (861,692) ilk üç sırada yer alıb.

Qeyd edək ki, 169,820 xala malik Türkiyə Super Liqası 1 addım geriləyərək 12-ci yerə enib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*