Beynəlxalq hüquq sahəsində aparıcı mütəxəssis, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, Harvard və Yel Universitetlərinin müəllimi Luis Moreno Okampo Arayik Arutyunyanın məktubuna cavab verib.
KONKRET.az xəbər verir ki, Luis Moreno Okampo Arayikə 7 gün ərzində hesabat təqdim etməyi planlaşdırır. “Mən faktları və qanunları təhlil edərək geniş hesabat hazırlayacağam. Qiymətləndirməm qərəzsiz olacaq. Bir nəticə çıxarmaq üçün mən Azərbaycan rəhbərliyinin niyyətlərini təhlil etməliyəm ki, faktlar əsasında hesabat hazırlayım. Qərəzsizliyimi qorumaq üçün Azərbaycan prezidentinə yazacağam”.
Qeyd edək ki, separatçı Arayik Arutyunyan məktubunda qeyd edib ki, Xankəndi guya Azərbaycan tərəfindən blokadaya alınıb.
Sevinc Paşayeva,
KONKRET.az
