“Azərbaycan xalqı tarixən həm milli, həm də dini dözümlülük məsələsində nümunə olub” – ÖZƏLbackend

"Azərbaycan xalqı tarixən həm milli, həm də dini dözümlülük məsələsində nümunə olub" - ÖZƏL

Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və dözümsüzlüklər yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Azərbaycan xalqı da hər zaman müxtəlifliyə qarşı tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəmizə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı ölkəmizdə yaşayan dini icmaların liderlərinin fikirləri mühüm əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi isə təsadüfi deyildir. Belə ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanı tolerant bir ölkə kimi dünyada tanıdıb. Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir.

Mövzunu KONKRET.az-a şərh edən “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, müasir dünyada bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri də milli, dini və irqi ayrı-seçkilik və dözümsüzlük məsələsidir: “Bu problem xüsusən də insan haqlarından, demokratiyadan, beynəlxalq hüququn prinsiplərindən danışan dövlətlərin həm daxili, həm də xarici siyasətində özünü bütün çılpaqlığı ilə büruzə verir. Bu gün “qoca qitə” demokratiyadan və yüksək inkişaf göstəricilərindən danışsa da, ən böyük problemi ksenofobiya, İslamafobiya və türkəfobiya olaraq qalır. Eləcə də milli, dini və irqi ayrı-seçkilik bu dövlətlərin siyasətində xüsisi yer tutur. Hesab edirəm ki, bəşəriyyət bu günə qədər həll etdiyi bir sıra problemlərlə yanaşı, milli, dini, cinsi və irqi ayrı seçkiliklərin aradan qaldırılması üçün də səy göstərməli və bu istiqamətdə islahatlar həyata keçiməlidir”.

Şuşanın ruhu artıq azaddır - politoloq Anar Əliyev

Politoloqun sözlərinə görə, Azərbaycan dünya dövlətləri sırasında çox mühüm yer tutan bir ölkə kimi həm yüksək iqtisadi inkişafı, insanların sosial rifahının yüksəldilməsi istiqamətində əldə olunan nailiyyətləri ilə yanaşı, həm də  xalqının uzun yüzilliklərə dayanan, tarixi dəyərlərindən qaynaqlanan tolerantlıq prinsiplərinin olması ilə qürur duya bilər: “Azərbaycan xalqı tarixən həm milli, həm də dini dözümlülük məsələsində nümunə olub. Ölkəmizdə heç zaman milli və dini zəminli münaqişələr baş verməyib. Dünyanın bütün bölgələrində soyqırım və ayrı-seçkiliyə məruz qalan yəhudi milləti demək olar ki, yalnız Azərbaycanda heç bir diskirminasiy ilə üzləşməyib. Bu mənada Azərbaycanın dini, milli və irqi tolerantlıq ənənələri bir çox dövlətlərin diqqətini cəlb edib. Ölkəmizin tolerantlıq ənənələri artıq dünyanın bir çox təhsil müəssisələrində tədris olunur. Hesab edirəm ki, bu gün Azərbaycanın əldə etdiyi ən böyük dəyərlərdən biri də məhz tolerantlıq prinsiplərinin qorunub saxlanılması və bunun həm cəmiyyətin davranışında, həm də dövlətin siyasətində əks olunmasıdır”.

Anar Əliyev əlavə edib ki, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasını irəli sürməsi və bu ideologiyadan irəli gələrək milli, dini, iriqi və cinsi ayrı-seçkiliyin kənara atılması, insanların milli məfkurə ətrafında birləşdirilməsi nəticəsində ölkəmiz 21-ci əsrin əvvəllərində dünya dövlətləri və xalqları üçün bir örnəyə çevrilib: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız mövcud dəyərləri qoruyub saxlayıb və daha da inkişaf etdirməkdədir. Düşünürəm ki, ölkəmizdə ard-arda keçirilən və müxtəlif irqi ayrıseçkiliklərin və ksenofobiyaların inkar edilməsinə əsaslanan tədbirlərin reallaşdırılması Azərbaycanı geniş bir platformaya çevirə bilib. Bundan sonra da ölkəmiz uğurlarını və mütərəqqi təcrübəsini dünya dövlətləri üçün bir nümunə kimi təbliğ edəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*