Azərbaycanda beşdən çox uşağı olan qadınlara müavinət alan şəxslərin sayı isə 2939 nəfərdir.
KONKRET.az report-a istinadla xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qanunvericiliyə görə, müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara – uşaqların sağ olması şərti ilə – bu hüququn yaranmasına səbəb olmuş uşaq 1 yaşına çatdıqda təyin olunur.
Müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.
