AAYDA-nın tabeliyində olan şirkətlər dövlətə olan milyonlarla manat borcu hələ də ödəməyiblərbackend

AAYDA-nın tabeliyində olan şirkətlər dövlətə olan milyonlarla manat borcu hələ də ödəməyiblər

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin tabeliyində olan şirkətlər dövlətə olan milyonlarla manat borcu hələ də ödəməyiblər.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu sıraya Məzahir Yaqub oğlu Səlimovun rəhbərlik etdiyi “54№-li Yol İstismarı” MMC (15 111 220 AZN), Anar Nəriman oğlu Süleymanovun rəhbərlik etdiyi 3№-li Magistral Yolların İstismarı” MMC (10 378 106 AZN), İlham Əli oğlu Əzimovun rəhbərlik etdiyi “43 №-li Yol İstismarı” MMC (9 912 901 AZN), Fizuli Tofiq oğlu Quliyevin rəhbərlik etdiyi “37 №-li Yol İstismarı” MMC (9 160 310 AZN), Kazım Mirəziz oğlu Hüseynovun rəhbərlik etdiyi “16 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC (4 411 255 AZN), Rəşad Fəzayıl oğlu Kərimovun rəhbərlik etdiyi “9 №-li Yol İstismarı” MMC (1 574 127 AZN), Fayiq Rasim oğlu Əliyevin rəhbərlik etdiyi “41 №-li Yol İstismarı” MMC (933 854 AZN), Firdovsi Cümşüd oğlu Qafarovun rəhbərlik etdiyi “55 №-li Yol İstismarı” MMC (434 766 AZN), Aqil Mehman oğlu Vəliyevin rəhbərlik etdiyi “31 №-li Yol İstismarı” MMC (93 783 AZN), Mübariz Hilal oğlu Əkbərovun rəhbərlik etdiyi (69 795 AZN) “23 №-li Yol İstismarı” MMC daxildir.

Bu borclar uzun illərdir ki, yığılıb və ödənilməyib.

Qeyd: Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən 2026-cı ilin fevralın 6-da azad edilib. Həmin vəzifəyə Vüsal Nəsirli təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*