Olimpiya komplekslərində milyonluq yeyinti: Hesablama Palatası əməliyyat keçirdibackend

Olimpiya komplekslərində milyonluq yeyinti: Hesablama Palatası əməliyyat keçirdi

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində (OİK) apardığı auditin nəticələrini açıqlayıb. Yoxlamalar zamanı dövlət vəsaitlərinin idarə olunmasında ciddi maliyyə pozuntuları, mənimsəmə halları və genişmiqyaslı idarəetmə boşluqları üzə çıxıb.

KONKRET.az xəbər verir ki, 2022–2025-ci illəri əhatə edən audit yoxlaması ümumilikdə 15 milyon manatlıq vəsaitin xərclənməsinə dair faktları araşdırıb. Palatanın hesabatında qeyd olunur ki, komplekslərin fəaliyyətində heç bir strateji planlaşdırma aparılmayıb, tarif siyasəti isə elmi və iqtisadi əsaslar olmadan müəyyən edilib. Nəticədə gəlirlərin böyük hissəsi öz fəaliyyətindən deyil, birbaşa dövlət subsidiyalarından asılı vəziyyətə düşüb. Bir çox hallarda xidmət qiymətləri real xərclər nəzərə alınmadan təyin olunub ki, bu da dövlət büdcəsinə əlavə yük yaradıb.

Araşdırma zamanı ən ciddi məqamlardan biri də gəlirlərin gizlədilməsi ilə bağlıdır. Müəyyən olunub ki, əksər komplekslərdə maliyyə hesabatları ümumiyyətlə tərtib edilməyib, əldə olunan gəlirlərin bir hissəsi rəsmi qeydiyyata alınmadan nağd şəkildə mənimsənilib. Bu isə öz növbəsində vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsinə və büdcədən yayınmalara yol açıb. Hesablama Palatası aşkar edilmiş bu qanunsuzluqların aradan qaldırılması və məsul şəxslərin cəzalandırılması üçün müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*