İsrail Azərbaycanla əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir.
KONKRET.az xəbər verir ki, bu barədə İsrailin Bakıdakı səfirliyinin X hesabındakı paylaşımında bildirilib.
Paylaşım İsrailin müstəqilliyinin 78-ci ildönümünə həsr olunub:
“İsrailin 78-ci ildönümünü qürurla qeyd edir və İsrail ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın bundan sonra da daha da güclənəcəyinə səmimi ümidimizi ifadə edirik. Müstəqillik Günün mübarək, İsrail”.
