Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərlə bağlı məlumat yayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a qurumdan bildirilib ki, 2026-cı ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 39,1 mln. manat vəsait ödənilib.
Beləliklə, ötən ilin analoji dövrü ilə müqayisədə 0,7 mln. manat və ya 1,8% çox vəsait xərclənib.
