Azərbaycanda COVID-19-a ən çox yoluxma bu ərazilərdədir – SİYAHIbackend

Azərbaycanda COVID-19-a ən çox yoluxma bu ərazilərdədir - SİYAHI

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

KONKRET.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, Bakıda yoluxma halları yenidən artıb.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir.

15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizlə Lənkəran, 1,7 faizlə Quba-Xaçmaz, 1,4 faizlə Şəki-Zaqatala, 1,4 faizlə Dağlıq Şirvan, 1,2 faizlə Yuxarı Qarabağ, 0,03 faizlə isə Naxçıvan qərarlaşıb.

Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 1,6 faizi ölkə xaricində yoluxanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*