Azərbaycanda COVID-19 xəstəsi olan ata və oğul saxlanıldı: Aptekə gediblər – FOTOLARbackend

Azərbaycanda COVID-19 xəstəsi olan ata və oğul saxlanıldı: Aptekə gediblər - FOTOLAR

Qubada koronavirusa yoluxan ata və oğul aptekə gedib.

KONKRET.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstələri, rayonun Hacıhüseynli kənd sakinləri Kamal Abdurahmanov və oğlu Seymur Abdurahmanov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan ata və oğul karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk ediblər. Onların yaşadıqları evi tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə K.Abdurahmanov və S.Abdurahmanov yaşadıqları evə qaytarılıblar.

Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq araşdırmalar aparılır.

  • vuqar
    Dekabr 7, 2020 - 16:03

    bes dermanlari kim alsin???? qeribe bir tendensiya var. mecbur olub gedibler.
    Tebib yalandan ay kovidkonulluleri var ve ya hekimler eve gelir.yalandir butun bunlar a millet ne konullu var ne de puksuz derman

vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*