Azərbaycanda işləyəcək tanınmış məşqçiyə bu şəxs köməkçi oldubackend

Azərbaycanda işləyəcək tanınmış məşqçiyə bu şəxs köməkçi oldu

«Turan Tovuz»u çalışdırmağa razılıq verən Kurban Berdiyevin əsas köməkçisinin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, həmin yardımçı Andrey Matsuradır.

Türkmən kökənli mütəxəssis onunla uzun müddətdir bir yerdə çalışır. Son olaraq Mahaçqala «Dinamo»sunda çiyin-çiyinə işləyiblər.

«Cəbrayıl»ın baş məşqçisi Cavid Hüseynov da tezliklə burada çalışa bilər.

Qarabağı təmsil edən rayonun eyniadlı təmsilçisinin çalışdırıcısına gözlənilməz dəvət gəlib.

Ona «Turan Tovuz»da Kurban Berdiyevə köməkçi olmaq təklif edilib. Əgər çağırışı qəbul eləyərsə, gənc mütəxəssis yeni baş məşqçinin korpusunda yer alacaq. (Sportinfo.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*