Xaçmazda yenidən zəlzələ oldu – YENİLƏNİBbackend

Xaçmazda yenidən zəlzələ oldu - YENİLƏNİB

Noyabrın 21-də Quba seysmoloji stansiyasından 38 kilometr şimal-şərqdə, Xaçmaz rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən KONKRET.az-a bildirilib ki, yerli vaxtla saat 20:33-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub. Ocağı 2 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

16:59

Quba stansiyasından 28 km şimal-şərqdə Xaçmaz ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə KONKRET.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 6 km olub. Zəlzələ hiss olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*