Azərbaycanı hədəfə alan “Washington Post”un başı dərddəbackend

Azərbaycanı hədəfə alan "Washington Post"un başı dərddə

Amerikanın “Washington Post” qəzetinin 750-dən çox əməkdaşı təxminən 50 ildə ən böyük etiraz aksiyasında iştirak edəcək.

KONKRET.az xəbər verir ki, onlar həmçinin nəşrin oxucularından həmrəylik əlaməti olaraq bir gün ərzində qəzeti oxumaqdan və internet saytına daxil olmaqdan imtina etməyi xahiş ediblər.

Həmkarlar ittifaqı üzvləri də etiraz aksiyalarına qoşulublar. Onlar da rəhbərliyin işçilərə öz istəkləri ilə təzminat ödəməklə işdən çıxmaq təklifinin əleyhinədirlər. İşçilər ixtisar təhlükəsi ilə bunu etməyə məcbur olurlar. Media şirkətinin rəhbərliyi isə iddiaları rədd edib və hələ də ayın sonuna qədər müqavilə bağlamağa ümid etdiyini deyib.

“Bu, “Washington Post”-un yüzlərlə əməkdaşının bəyanatıdır. Əgər media şirkəti bizimlə ədalətli davranmaq istəyirsə, işçilərinə hörmət etməlidir. Bilirəm ki, onlar hələ də qəzeti dərc etməyə çalışacaqlar. Amma onlar bizsiz yaxşı qəzet çıxara bilməzlər. Həmkarlarımızın hüquqlarına hörmət edirik. Biz oxucularımızın və müştərilərimizin mümkün qədər təsirlənməməsini təmin edəcəyik”, – deyə iqlim üzrə müxbir Sara Kaplan bildirib.

2022-ci ilin dekabrında Amerikanın digər böyük nəşri olan “New York Times”ın jurnalistləri birgünlük tətilə başlayıblar. Bu, qəzet işçilərinin 40 ildən artıq müddətdə ilk belə tətili idi.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*