Kiyevə raket zərbəsi səfirliyimizin binasını da zədələdi – Diplomatlarımız TƏHLÜKƏDƏDİR / FOTO / VİDEObackend

Kiyevə raket zərbəsi səfirliyimizin binasını da zədələdi - Diplomatlarımız TƏHLÜKƏDƏDİR / FOTO / VİDEO

Rusiya ordusunun Ukraynaya raket hücumu nəticəsində Kiyevdə yerləşən Azərbaycan səfirliyinə də ciddi zərər dəyib.

KONKRET.az xəbər verir ki, Demokrat.az-ın məlumatına görə, Kiyevə raket zərbəsi nəticəsində səfirliyin şüşələri qırılıb, qapı və pəncərələrinə ciddi ziyan dəyib.  Bina raket zərbəsi nəticəsində möhkəm sirkələnib. Bir neçə yerdən sınıq, divarlarda çatlar əmələ gəlib.

Qeyd edək ki, son iki ayda ikinci dəfədir ki, səfirliyin binası raket hücumu nəticəsində zərər görür. Birinci zərbədən dəyən ziyanın nəticələri böyük vəsait hesabına aradan qaldırılsa da hazırda səfərlik əməkdaşları növbəti dəfə bunu etmək üçün təhlükəsiz vaxt gözləyirlər.

Onu da qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarının təhlükəsizliyi ciddi şəkildə pozulub. Hazırda səfirliyin əməkdaşları üçün çox qorxulu vəziyyət yaranıb.

Xatırladaq ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç  Kiyev sakinlərinə müraciət edib. Müraciətdə Kiyev əhalisini gün ərzində Rusiyanın raket zərbələrindən qorunmaq üçün təhlükəsizlik yerlərdə qalmaları tövsiyə edilir.

12:33

Xəbər verdiyimiz ki, bu gün səhər saatlarında Kiyevin Şevçenkovski rayonunda bir neçə partlayış səsi eşidilib. Paytaxta hücum nəticəsində 9 mərtəbəli binaya raket düşüb. Yanğın söndürülüb, insanlar xilas edilib.

KONKRET.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi informasiyaya görə, raket düşən bina Azərbaycanın Kiyevdə yerləşən səfirlik binasının yaxınlığındadır.

Kiyev meri Vitali Kliçko raket hücumu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, dağıntılar altında insanlar qalıb. O, həmçinin bildirib ki, hazırda iki zərərçəkən barədə məlumat var.

Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, ikinci raket uşaq bağçasına düşüb.

“Yüksək dəqiqlikli raketin ikinci zərbəsi Polovetskaya küçəsindəki uşaq bağçasına dəyib. Uşaq meydançası olan yerdə indi diametri 7 metr olan çuxur  var” deyə o, qeyd edib.

Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib ki, rus qoşunları Kiyevə və Kiyev vilayətinə 14 raket zərbəsi endirib.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak da Kiyevə atılan raket hücumuna münasibət bildirib. Bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri yayıb.

O, müttəfiqləri Ukraynanı mümkün qədər tez müasir hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

“Ruslar Kiyevi yenidən vurdular. Raketlər yaşayış binasına və uşaq bağçasına düşüb. Onlar bütün müharibə qaydalarını pozaraq dinc əhali ilə vuruşmağa davam edirlər. Ukraynanın müasir raketdən müdafiə sistemlərinə ehtiyacı var. Bu barədə müttəfiqlərimizlə danışırıq. Və bu, ordumuza döyüş meydanında rusları məğlub etməyə kömək edəcək”, – Yermak yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*