Azərbaycanın U-17 millisi ikinci yoxlama görüşündə də məğlub oldubackend

Azərbaycanın U-17 millisi ikinci yoxlama görüşündə də məğlub oldu

Minskdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi ikinci yoxlama görüşündə də məğlub olub.

KONKRET.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus 3:0 hesablı qələbə qazanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*