Azərbaycanla Ermənistan arasında sülh sazişi Avropa Parlamentinin gündəliyindəbackend

Azərbaycanla Ermənistan arasında sülh sazişi Avropa Parlamentinin gündəliyində

Avropa Parlamentinin bugünkü iclasında Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi və Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı qətnamə layihəsinin səsə qoyulması təklif edilib.

KONKRET.az erməni mediasına istinadən bildirir ki, Avropa Xalq Partiyası fraksiyasının müəllifi olduğu sənəd bütün fraksiyaların birgə təşəbbüsü kimi təqdim olunub.

Qətnamə layihəsində Avropa Parlamentinin üzvləri Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanının nəzərdən keçirilməsini xüsusi olaraq vurğulayıblar.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olarsa və onun demokratiyasını gücləndirən islahatlar yolu ilə davam edərsə, bu, Aİ – Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, – qətnamə layihəsində deyilir.

Deputatlar Avropa İttifaqının icra orqanlarını, Komissiyanı və Şurasını Aİ ilə hərtərəfli əməkdaşlığının genişləndiriləməsində Ermənistanı fəal dəstəkləməyə çağırıblar.

Qətnamə üzrə səsvermə iş gününün sonuna təyin edilib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*