Moskvada azərbaycanlı milyarderlərə məxsus “Sadovod” bazarında baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.
KONKRET. az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. Bazardan 350 nəfərin təxliyə olunduğu bildirilib.
*******
13:32
Yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus “Sadovod” bazarında yanğın olub.
KONKRET. az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Moskvada yerləşən bazarda baş verən yanğının səbəbləri və ərazisi müəyyənləşdirilir.
Hazırda ərazidən insanların təxliyyəsi həyata keçirilir.
