Ruben Vardanyanın Azərbaycan tərəfindən həbs olunduğunu dəhşət hissi ilə öyrəndik.
KONKRET.az xəbər verir ki, bu barədə Aznavur Fondunun həmtəsisçisi və direktorlar şurasının sədri Nikolas Aznavurun bəyanatında bildirilir.
“Ruben “Artsax” (Belə bir xalq yoxdur- red.) xalqına qoşularaq, uğur şanslarının az olduğunu əvvəlcədən bilərək, bu ərazini və onun sakinlərini xilas etməyə çalışmaq üçün həyatını riskə atdı. O, doqquz aydan çox mühasirədə, yaxınlarından uzaqda və çətin şəraitdə yaşadı.
Ruben erməni xalqı üçün çox işlər görmüş vətənpərvər və xeyriyyəçidir. Budur bəzi nümunələr: Tatev Monastırının bərpası, Dilicanda UWC məktəbinin yaradılması, Aurora Humanitar Təşəbbüsünün yaradılması və bir çox başqaları.
Atam və mən Rubenlə 2015-ci ildə Noubar Afeyan və Vardan Qriqoryanla birlikdə Aurora Mükafatı mərasimində tanış olanda Ermənistanda Aznavur Fondu yaratmaq istəyimizi onlarla bölüşdük. Ruben bütün komandasını bizim ixtiyarımıza verdi və biz tez bir zamanda Ermənistanda Aznavour Fondunu yarada bildik. Rubenin kömək etdiyi tək biz deyilik və onun sayəsində biz Ermənistanda məskunlaşmış bir çox diaspor üzvlərinə qoşularaq ölkəmiz üçün daha yaxşı gələcək qurmağa çalışdıq.
Bütün bu illər ərzində biz Rubenlə, eləcə də onun nümunəvi ailəsi Veronika Zonabend və uşaqları ilə işləməkdən həzz almışıq. Rubenə dəstəyimizi və minnətdarlığımızı bildirmək istərdik. Onun mümkün qədər tez azad edilməsi üçün əlimizdən gələni etməliyik”, – bəyanatda deyilir.
Ruben Vardanyan Azərbaycan dövləti üçün terrorçu və zərərli ideologiya daşıyıcısıdır. Minlərlə azərbaycanlının qanına əli bulaşmış bu şəxs haqqında ancaq və ancaq başqa bir terrorçu, separatçı yaxşı söz deyə bilər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhlükə törədənlər kimliyindən asılı olmayaraq, məhkəmə qarşısına çıxarılacaq. Bir də axı cinayətkarın milliyəti olmur.
Ariz Həsənoğlu,
KONKRET.az
