Babək Niftəliyevə VƏZİFƏ VERİLDİbackend

Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.

KONKRET.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. O uzun müddət idi ki, sözügedən musiqi təhsili müəssisəsində müəllim olaraq çalışırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*