Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması məsələsi aktual olaraq qalır.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, aktual məsələdir. Bundan əlavə, təbii ki, regionda nəqliyyat kommunikasiyalarının və logistikanın inkişaf etdirilməsi planları var. Bu, Azərbaycan, Ermənistan və Rusiya üçün son dərəcə vacibdir. Ümid edirik ki, bu iş davam etdiriləcək”, – Peskov bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az
