Bakıda 67 yaşlı kişini avtomobil vurdu – vəziyyəti ağırdırbackend

Bakıda 67 yaşlı kişini avtomobil vurdu - vəziyyəti ağırdır

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Həsənov Ələkbər Tofiq oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*