Bakıda evdə yanğın oldu: xəsarət alan varbackend

Bakıda evdə yanğın oldu: xəsarət alan var

Bakıda evdə yanğın hadisəsi baş verib. 

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan tavan 20 m² sahədə qismən qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*