Bakıda iki avtomobilin toqquşması nəticəsində sıxlıq yarandıbackend

Bakıda iki avtomobilin toqquşması nəticəsində sıxlıq yarandı

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Mirzəbala Məmmədzadə və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, işıqforla tənzimlənən yol ayrıcında “Hyundai” markalı avtomobili idarə edən Elnur Məmmədov idarəsində olan avtomobili kəsişmədən keçən “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində “Hyundai” markalı avtomlbil deformasiyaya uğrayıb.

Baş vermiş hadisə ilə bağlı Mirzəbala Məmmədzadə küçəsində sıxlıq yaranıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*