Bakıda iməclik keçirildi – FOTOLARbackend

Bakıda iməclik keçirildi - FOTOLAR

Bakıya yağan ilk qardan sonra paytaxtın kommunal və digər qurumları tərəfindən paytaxtda payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib.

BŞİH-dən KONKRET.az-a bildirilib ki, qar yağmış ərazilərdəki prospekt, küçə və yollar xüsusi təyinatlı avtonəqliyyat vasitələri və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib, qarın çox yağdığı ərazilərə duz səpilib.

Ötən gün ərzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə qardan təmizlənən ərazilərdə təmizlik işlərinin həyata keçirilib. Ərazinin genişliyi nəzərə alınaraq yanvarın 23-ü Bakı şəhərində paytaxtın bütün kommunal və digər qurumlarının iştirakı ilə daxili iməclik təşkil edilib.

İlk növbədə əsas küçə və prospektlərə baxan mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub, qarşısı təmizlənib. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib.

İməclik günü Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağacları budayıb, digər lazımi işlər həyata keçiriblər.

Qeyd edilib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində paytaxtın kommunal xidmətləri üçün lazımı xüsusi təyinatlı texnika və avadanlıq alınıb. Bu da onların gündəlik işinə böyük köməkdir.

Gün ərzində keçirilən iməclik paytaxtın bütün rayonlarında təşkil edilib və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*