Bakıda musiqi məktəbindən oğurluq edənlər saxlanıldıbackend

Bakıda musiqi məktəbindən oğurluq edənlər saxlanıldı

Bakı şəhərində yerləşən musiqi məktəblərindən birindən oğurluq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Naməlum şəxslər təhsil müəssisəsinə daxil olaraq məktəbin zalında oturacağın üzərində nəzarətsiz qalan və içərisində 100 manat, eləcə də, bank kartları olan çantanı oğurlayıblar. Daha sonra həmin şəxslər kartlardan ümumilikdə 3000 manata yaxın pul çıxararaq təkrar oğurluq ediblər.

Zərərçəkən şəxs hadisə barədə polisə məlumat verən kimi cinayəti törədənlərin axtarışlarına başlanılıb. Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş İmran Kərimov və Fuad Sadıxov tutularaq istintaqa təqdim olunublar. Araşdırma zamanı onların eyni üsulla, yəni müxtəlif təyinatlı obyektlərə daxil olaraq sahibləri tərəfindən nəzarətsiz qalan daha 6 nəfərin çantasını oğurladıqları məlum olub.

İ.Kərimov və F.Sadıxovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Faktla saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*