DİQQƏT! Bu ərazilərdə su olmayacaqbackend

DİQQƏT! Bu ərazilərdə su olmayacaq

Bakının bəzi ərazilərində suyun verilişdə fasilələr olacaq.

Bu barədə KONKRET.az-a “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilib ki, Nəsimi rayonu Rəşid Behbudov küçəsindən keçən və istismar müddətini başa vurmuş 500 mm diametrli magistral su kəmərinin qəzalı hissəsi dəyişdiriləcək.

Bununla əlaqədar Nəsimi və Səbail rayonlarının mərkəzi hissələrinin bəzi ərazilərində (R.Behbudov, Bülbül, Z.Əliyeva, Ü.Hacıbəyov, Nizami, Füzuli, Xəqani, Vidadi, S.Rəhimov, Ş.Bədəlbəyli, D.Əliyeva, Ə.Əliyev küçələrinin bir hissəsi) suyun verilişində bu gün axşamdan 31 avqust 2021-ci il tarixində günün birinci yarısında içməli suyun verilişində fasilələr olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*